"Çelsi"nin hücumçusu Nikolas Cekson yay transfer pəncərəsində Premyer Liqa daxilində klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən yaydığı xəbərə görə, 24 yaşlı forvardın xidmətində "Mançester Yunayted" və "Aston Villa" klubları maraqlıdır.
"Zadəganlar" seneqallı futbolçunun transfer dəyərini 92–115 milyon avro aralığında müəyyənləşdirib.
Mənbənin yazdığına əsasən, London klubu bu qiymətləndirmədə Uqo Ekitikenin bazar qiymətini əsas götürür.
Qeyd edək ki, "Liverpul"un fransalı hücumçu üçün 95 milyon avro ödəyəcəyi gözlənilir.Nikolas Cekson "Çelsi"nin heyətində indiyədək 81 oyuna çıxıb, bu qarşılaşmalarda 30 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.