AZ

"Arsenal" "Çelsi"nin vingerini heyətinə qatıb

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Çelsi”nin cinah hücumçusu Noni Maduekenin transfer edib.

 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Topçular” bu keçid üçün 58 milyon avro ödəyəcək. Bu məbləğə bonuslar da daxildir.

Madueke “Çelsi”yə 2023-cü ilin qışında Niderlandın PSV klubundan keçmişdi. O, London klubunda keçirdiyi müddətdə bütün turnirlər daxil olmaqla 92 matçda forma geyinib, 20 qola və 9 məhsuldar ötürməyə imza atıb.

Transfermarkt portalı futbolçunun cari bazar dəyərini 40 milyon avro olaraq göstərir.

phrase_var_article.chosen
77
5
90deqiqe.az

10phrase_var_article.sources