AZ

“Çelsi” Xavi Simons üçün danışıqlar aparır

“Çelsi” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün işlərini davam etdirir.

90deqiqe.Az-ın “Sky” nəşrinə istinadən məlumatına görə, London təmsilçisi “Leypsiq”in yarımmüdafiəçisi Xavi Simonsun transferində ciddi maraqlıdır.

Mənbənin yazdığına görə, “zadəganlar” artıq 22 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Hazırda “Leypsiq” klubu ilə rəsmi təmaslar qurulmayıb. “Çelsi” ilk növbədə niderlandlının özü ilə razılığa gəlmək imkanlarını dəqiqləşdirmək niyyətindədir.

Simonsun vəziyyətini “Arsenal” da diqqətlə izləyir, lakin London klubu hazırda transferin əsas favoriti hesab olunur. Digər tərəfdən, “Bavariya” bu transfer yarışında iştirak etmir, baxmayaraq ki, klubun idman direktoru Maks Eberl prosesin gedişindən xəbərdardır.

Transfermarkt portalı Xavi Simonsun bazar dəyərini 70 milyon avro olaraq göstərir.

phrase_var_article.chosen
31
5
90deqiqe.az

10phrase_var_article.sources