EN

İlin ilk yarısında 466 vergi cinayəti faktı üzrə iş başlanıb

Finss.az - Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ümumilikdə 466 cinayət işi başlanıb.

Bu barədə qurumun yaydığı rəsmi məlumata əsasən xəbər verilir.

Cinayət işləri əsasən aşağıdakı faktlarla bağlı olub:
– vergidÉ™n yayınma,
– É™mÉ™k müqavilÉ™si olmadan işçi cÉ™lb edilmÉ™si,
– saxta aksiz markalarının hazırlanması, satılması vÉ™ istifadÉ™si,
– aksiz markasız malların qanunsuz dövriyyÉ™si,
– qeyri-qanuni pul köçürmÉ™lÉ™ri.

Hesabat dövründə 90 cinayət işinə xitam verilib, 86 nəfər barəsində 76 iş Baş Prokurorluğa göndərilib, 3 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanan cinayət işləri üzrə dövlət büdcəsinə 23 milyon manat vəsait ödətdirilib. Digər işlər üzrə isə 15,9 milyon manat ziyanın ödənilməsi təmin edilib.

Bundan əlavə, vergi nəzarəti çərçivəsində 44 vergi ödəyicisində 104 yoxlama aparılıb. Bu yoxlamalar əsasən idxal, ticarət, istehsal və ictimai iaşə sahələrini əhatə edib. Nəticədə ümumilikdə 555,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Operativ tədbirlər zamanı əmək müqaviləsi olmadan çalışan 126 nəfər işçi müəyyən edilib və onlarla bağlı müvafiq tədbirlər görülüb.

Vergi borcları üzrə aparılan preventiv tədbirlər nəticəsində isə dövlət büdcəsinə əlavə olaraq 1 milyon manat vəsait ödətdirilib.

Chosen
8
50
fins.az

10Sources