İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə səmərəli ünsiyyətin qurulması, şəffafvə müasir xidmətlərin göstərilməsi məqsədilə onların rəylərinin mütəmadi öyrənilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Bu məqsədlə Xidmət tərəfindən növbəti - “Xidmət mərkəzlərinə müraciətlərlə bağlı” onlayn sorğu keçirilir. Sorğunun məqsədi vergi ödəyicilərinin xidmət mərkəzlərində müraciətləri zamanı göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti ilə bağlı rəy və təkliflərini toplamaqdır.
Sorğuda iştirak edərək verdiyiniz rəy və qeydlər göstərilən xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və vergi ödəyicilərinin məmnunluğunun artırılması istiqamətində aparılan işlərdə nəzərə alınacaq.
Sorğuya bu link vasitəsilə keçid edə bilərsiniz.