EN

Dövlət Vergi Xidmətində altı ayda 466 cinayət işi başlanılıb

Bakı. Trend:

Bu ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai AraşdırılmasıBaş İdarəsində 466 cinayət işi başlanılıb.

Trend bubarədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, cinayət işləri vergi ödəməkdən yayınma, əməkmüqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksizmarkalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksizmarkası ilə markalanmalı olan məhsulları (malları) saxta aksizmarkaları ilə markalama, saxlama və ya satma, aksiz markaları iləmarkalanmalı olan məhsulları (malları) belə marka olmadan satma,qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrəolub.

Hesabat dövründə 90 cinayət işinin icraatına xitam verilib, 86nəfər barəsində 76 cinayət işi ittiham aktı təsdiq edilməsiməsələsinə baxılması üçün Baş Prokurorluğa göndərilib. Cinayətişləri üzrə şübhəli şəxs qismində tutulmuş 3 nəfər şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslarolmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarqəbul edilmiş materiallar üzrə 23 milyon manat məbləğində vurulmuşziyan dövlət büdcəsinə ödətdirilib.

Hesabat dövründə istintaq olunan cinayət işləri və materiallarüzrə isə dövlət büdcəsinə ümumilikdə 15,9 milyon manat məbləğindəvurulmuş ziyanın ödənilməsi təmin edilib.

2025-ci ilin 6 ayı ərzində müxtəlif fəaliyyət sahələri üzrə, ocümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşəfəaliyyəti göstərən 44 vergi ödəyicisində 104 vergi nəzarətitədbiri həyata keçirilib, vergi ödəyicilərinə ümumilikdə 555,8 minmanat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Keçirilmişoperativ vergi nəzarəti tədbirləri nəticəsində 126 nəfər işçininişlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarıaşkar olunaraq müvafiq tədbirlər görülüb.

Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxilolmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsindədövlət büdcəsinə 1 milyon manat vəsait ödətdirilib.

Chosen
25
50
az.trend.az

10Sources