EN

Konte: “İnsanlar məndən möcüzələr yaratmağı xahiş edirlər”

“Napoli”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının, komandası üçün yeni mövsümdə əsaslı bir amil olduğunu bildirib.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, 55 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, sözsüz, bizim üçün bir şövq olacaq. Mən həmişə, bir mövsüm əvvəl Çempionlar Liqasına düşməmiş və yenidən köklənmiş komandaları Avropada altı il baş məşqçi olaraq çalışdırmışam. Mən başa düşürəm ki, insanlar məndən möcüzələr yaratmağı xahiş edirlər – bu, bir səyahətdir, mənə isə klubda bir neçə il qalmaq üçün, sözsüz, səbrli olmaq gərəkdir, axı komanda məhz belə qurulur.

Mən, olub ki, daha da az vaxtdan sonra getmişəm, amma öz bəhrəsini verən bir quruluş qoymuşam. Çempionlar Liqasında altı işitirak – bu, deyək ki, “Mançester Siti” ilə müqayisədə azdır. Amma mən ilhamlanmış ilk kəsəm, biz italyan komandalarının digərləri ilə qeyri-bərabər mübarizə apardıqlarını da bilirik. Biz kim olduğumuzu bilirik, kim olduğumuzla fəxr edirik, amma öz həddimizi də bilirik. Bizim alıcı imkanımız tamamilə fərqlidir. Biz elə, ötən il olduğu kimi, rəqiblərimizə fəsadlar yaşatmaq üçün mümükün hər şeyi etməliyik. Biz mübarizə aparacağıq: bu, hamı üçün bir ismarış olmalıdır”, deyə Konte vurğulayıb.

Xatırladaq ki, Kontenin “Napoli”si 2024/2025-ci illər mövsümünü İtaliya A Seriyasının qalibi olaraq başa vurub. Komanda növbəti mövsümdə UEFA Çempionlar Liqasının Liqa mərhələsindən mübarizəyə başlayacaq.

Chosen
9
2
arena.az

3Sources