AZ

Antonio Konte: “O, öz səhvini başa düşdü”

“Napoli”nin baş məşqçisi Antonio Konte yeni müqaviləsinə dair Neapol klubunun prezidenti Aurelio De Laurentislə olan söhbətini açıqlayıb.

Arena.az 55 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz vəziyyətə aydınlıq gətirdik, danışıq əsaslı olub. O, səhvlərini başa düşdü və ya ən azı, yaxşılaşdırılması gərək olan vəziyyətləri. Mənim müqaviləm var, vəziyyəti aydınlaşdırmaq isə əsas məqam idi. Qalanları – şayiələrdir”, deyə Konte vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Kontenin “Napoli”dən ayrılaraq, “Yuventus”a keçəcəyi haqda xəbər yayılmışdı.

Antonio Konte “Napoli”nin sükanı arxasına ötən ilin iyul ayından fəaliyyətə başlayıb. Neapol təmsilçisi Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. Əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.

Rəhbərliyi müddətində Konte “eşşəkciklər”i 41 oyuna çıxarıb, 26 qələbə, 10 heç-heçə, 5 məğlubiyyət yaşayıb. “Napoli”nin top fərqi isə 69:33 nisbətindədir.

Kontenin “Napoli”si İtaliya A Seriyasını 82 xalla yarış cədvəlininin zirvəsində çempion olaraq tamamlayıb.

Seçilən
64
1
arena.az

10Mənbələr