EN

Mask uşaqlar üçün "Baby Grok" chatbotu hazırlayacaq

Yazını böyüt
Yazını kiçilt

İlon Maskın təsis etdiyi xAI startapı uşaqlar üçün nəzərdə tutulan "Baby Grok" adlı süni intellektlə işləyən chatbot yaratmağı planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə milyarder X (əvvəlki Twitter) sosial şəbəkəsində paylaşım edib.

Mask qeyd edib:

"Biz uşaqlar üçün uyğun məzmuna həsr olunmuş Baby Grok xAI tətbiqini yaratmağa hazırlaşırıq".

Xatırladaq ki, Mask 2023-cü ilin aprelində xAI adlı süni intellekt startapını qurub. Bir neçə ay sonra Grok adlı chatbot təqdim olunub. Layihənin müəllifləri bildirirlər ki, Grok senzurasız məzmun, real vaxt rejimində məlumatlara çıxış kimi üstünlüklərə malikdir və digər oxşar məhsullardan fərqlənir.

Chosen
40
33
hafta.az

10Sources