EN

"Liverpul" Konatenin transfer qiymətini müəyyənləşdirdi

"Liverpul"un müdafiəçisi İbrahima Konate yalnız ciddi təklif gələcəyi halda komandanı tərk edə bilər.

90deqiqe.Az "Football Insider"ə istinadən xəbər verir ki, "qırmızılar" fransalı müdafiəçini satmaq niyyətində olmasa da, onun üçün minimum 40 milyon funt sterlinq (təxminən 46,4 milyon avro) qiymət müəyyənləşdirib.

Mersisayd təmsilçisi 26 yaşlı futbolçunu heyətində saxlamaq üçün yaxın günlərdə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır. Qeyd edək ki, Konatenin "Liverpul"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Lakin futbolçu özü klubla yolları ayırmaq niyyətindədir. Media məlumatlarına görə, Konate "Liverpul"la sözləşməni uzatmaq istəmir və uşaqlıq arzusu olan Madrid "Real"ına keçidə ümid edir.

2021-ci ildən "Liverpul"un formasını geyinən Konate ötən müddətdə komandanın əsas müdafiəçilərindən birinə çevrilib. "Transfermarkt" portalı onun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

 

 

Chosen
92
32
90deqiqe.az

10Sources