"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun yeni klubu məlum olmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "Barselona" ingilis hücumçunun keçidini tamamlamağa yaxındır. Katalon klubu hazırda "qırmızı şeytanlar"la satınalma şərti ilə icarəyə götürmək üçün danışıqlar aparır və tərəflər razılığa gəlməyə yaxın görünür.
Bu barədə "The Athletic" məlumat yayıb.
Reşford 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.
27 yaşlı futbolçunun transfer dönəminin əvvəlindən bəri tək istəyi "Barselona"da çıxış etmək idi.