EN

“Şamaxı” onunla yollarını ayırdı

“Şamaxı” Futbol Klubunun idarə heyətinin sədr müavini Ramiz Məmmədov I Liqa təmsilçisi “Mingəçevir” klubuna baş məşqçi təyin edilib.

Publika.az xəbər verir ki, 2022-ci ildən Premyer Liqa klubunda idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023-24-cü illər futbol mövsümündə əsas komandanın baş məşqçisi postuna gətirilib və “Şamaxı” Məmmədovun rəhbərliyi altında I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Klub Ramiz Məmmədova göstərdiyi əvəzsiz xidmətlərə görə təşəkkür edib, yeni vəzifəsində uğurlar arzulayıb.

Chosen
57
7
publika.az

9Sources