EN

“Liverpul” fransalı forvardı transfer etməkdə israrlıdır

“Liverpul” klubu Fransalı hücumçu Hüqo Ekitikeni heyətinə qatmaqda maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı forvard özü də “Liverpul”a keçidə müsbət yanaşır və Mersisayd təmsilçisinin formasını geyinmək istəyir.

Lakin Ekitikenin hazırda çıxış etdiyi Almaniyanın “Ayntraxt” klubu futbolçu üçün azı 90 milyon avro tələb edir. Bu isə transferin reallaşmasını çətinləşdirir. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, “Liverpul”un yeni baş məşqçisi Arne Slot yalnız Ekitikeyi deyil, “Real Madrid”in braziliyalı vingeri Rodriqonu da transfer etmək niyyətindədir və bu barədə klub rəhbərliyinə müraciət edib.

Fərid Nəsibov

Chosen
87
32
idmanxeber.az

10Sources