EN

"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı

“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırıb.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi Sloveniya klubu “Sele”yə iki oyunun nəticəsinə əsasən uduzub.

Cavab görüşü Sloveniyanın Sele şəhərində, eyniadlı stadionda keçirilib. Əsas vaxtda “Sabah” rəqibinə 3:2 hesabı ilə qalib gəlsə də, ilk oyundakı məğlubiyyət (2:3) səbəbilə hesablar bərabərləşib və oyun əlavə vaxta keçib. Burada “Sele”nin vurduğu həlledici qol Azərbaycan klubunu turnirdən kənarlaşdırıb.

Oyunun əsas qəhrəmanı “Sabah”ın nigeriyalı hücumçusu Coy Lens Mikels olub. O, 9, 63 və 64-cü dəqiqələrdə fərqlənərək het-trikə imza atsa da, bu komandasının mərhələ adlaması üçün kifayət etməyib. “Sele”dən Franko Kovaçeviç (19, 49-cu dəqiqələr) və Nikita Yosifov (108-ci dəqiqə) fərqlənib.

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk matçda “Sele” 3:2 hesabı ilə qalib gəlmişdi.

Bununla da “Sabah” Avropa Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırmış oldu.

Əlavə edək ki, “Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova təmsilçisi “Petrokub”la qarşılaşacaq.

Chosen
76
23
90deqiqe.az

10Sources