AZ

“Sabah” UEFA Avropa Liqasında mübarizəni dayandırıb

“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında “Sele” (Sloveniya) komandasına iki oyunun nəticəsinə əsasən məğlub olaraq mübarizəni dayandırıb.

Bakues.az xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionunda baş tutub.

Görüşün əsas vaxtı Bakı klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Belədə qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada “Sele”nin vurduğu qol həlledici olub. Meydan sahiblərindən Franko Kovaçeviç (19 və 49-cu dəqiqələr) və Nikita Yosifov (108-ci dəqiqə) fərqlənib. “Sabah”da isə Coy Lens Mikels (9, 63 və 64-cü dəqiqələr) het-trikə imza atıb.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
27
6
icma.az

10Mənbələr