Futbol üzrə UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Azərbaycan təmsilçisi "Sabah" da mərhələnin cavab matçına çıxıb.
Ölkə kubokunun qalibi səfərdə "Çelye"nin qonağı olub. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəldiyindən "Sabah"ı səfərdə çətin sınaq gözləyirdi. Görüş 3:3 hesabı ilə başa çatıb və "Sabah" Avropa Liqası ilə erkən vidalaşıb. Komandayoluna Konfrans Liqasında davam edəcək və 2-ci mərhələdə "Petrokub" (Moldova) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 24-də Moldovada, cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək.
Mətləb