“Barselona”nın sabiq yarımmüdafiəçisi İvan Rakitiç komanda yoldaşı olmuş Neymar haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, xorvatiyalı futbolçu “AS” nəşrinə verdiyi açıqlamada braziliyalı ulduzun “Barselona”dakı çıxışının fərqli olduğunu bildirib:
“Biz “Barselona”da tamam başqa bir Neymardan zövq alırdıq. O, PSJ-dəki Neymar deyildi. Bu, səviyyə baxımından Leo Messiyə yaxın olan bir futbolçu idi. Belə iki oyunçunun eyni komandada olması dəli bir şey idi”.
Qeyd edək ki, Neymar Kataloniya klubunda 2013–2017-ci illərdə çıxış edib. Bu müddətdə o, 186 oyuna çıxıb, 105 qol vurub və 76 məhsuldar ötürmə ilə yadda qalıb. 2025-ci ilin yanvarından etibarən o, karyerasını yenidən vətəni Braziliyada – “Santos” klubunda davam etdirir.