AZ

“Messi və Ronaldo karyeralarında hər detalı düşünür”

“Fiorentina”nın qapıçısı David de Xea Lionel Messiyə qarşı keçirdiyi maraqlı anını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Cronache" ispan futbolçunun dediklərini belə çatdırıb.

“Atletiko”da gənc oyunçu olarkən Messiyə çiynimlə güclü bir zərbə vurmuşdum. Düşünürdüm ki, onu üç metr arxaya göndərəcəm. Cərimə meydançasında topu bloklamışdım, sonra ona yaxınlaşıb çiynimlə çox sərt vurmuşdum. Söz verirəm, onu yerindən tərpədə bilmədim. Sanki mərmərdən hazırlanmışdı!

Zərbə güclü idi, amma o, yerindən tərpənmədi. Messi də, Kriştiano Ronaldoda kimi, karyerasında hər şeyə diqqət yetirir: bu, nəticəyə yönəlmiş həyatdır. O qısa boyludur, amma fiziki göstəriciləri möhtəşəmdir. Burada mentalitet də böyük rol oynayır”

Seçilən
5
20
90deqiqe.az

10Mənbələr