"İnter Mayami" rəhbərliyi futbolçusu Lionel Messi ilə müqaviləni uzadacağına əmindir.
QOL.az xəbər verir ki, bu barədə "The Athletic"in jurnalisti David Ornşteyn məlumat yayıb.
Hazırda argentinalı hücumçunun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. Daha əvvəl Messiyə Səudiyyə Ərəbistanının bəzi klublarının maraq göstərdiyi bildirilmişdi.
Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə 2023-cü ilin yayında keçib. O, daha əvvəl "Barselona" və PSJ-nin formasını geyinib.