EN

Tramp Rusiyanı hədələdi və 50 gün vaxt verdi

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə Birləşmiş Ştatların Rusiyaya qarşı çox sərt tariflər tətbiq edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu NATO-nun Baş katibi Marko Rutte ilə görüşündə açıqlayıb.

O, razılaşma olmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.

Chosen
62
50
publika.az

10Sources