ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə Birləşmiş Ştatların Rusiyaya qarşı çox sərt tariflər tətbiq edəcəyini açıqlayıb.
Bu barədə ABŞ lideri NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp vurğulayıb ki, söhbət 100 % həcmində ikinci dərəcəli tariflərdən gedir.
Ağ Evin rəhbəri, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna ilə münaqişədə atdığı addımlardan çox narazıdır və Prezident Vladimir Putin onu məyus edib.
O əlavə edib ki, Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyir.
"Cebheinfo.az"