AZ

Zelenski və Putinin danışıqları niyə uğursuz oldu?

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya rəhbəri Vladimir Putin səviyyəsində birbaşa danışıqlara əsas maneə Moskvanın destruktiv mövqeyidir.

Axar.az xəbər verir ki, bu fikirləri Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalov bildirib.

"Prezident Vladimir Zelenski belə bir görüşə hazır olduğunu dəfələrlə bəyan edib. Amma hələlik əsas maneə Rusiyanın destruktiv mövqeyidir - qeyri-səmimiliyi, danışıqlardan sülh əldə etməkdənsə, təzyiq vasitəsi kimi istifadə etmək istəyidir", - səfir vurğulayıb.

Cəlalov qeyd edib ki, Ukrayna Ukrayna-Rusiya danışıqları platformasına çevrilməyə razılıq verdiyi üçün Türkiyəyə minnətdardır. Bununla belə, o vurğulayıb ki, mənalı danışıqlar o zaman mümkündür ki, hər iki tərəf beynəlxalq hüquqa və Ukraynanın suverenliyinə hörmət etsin.

Seçilən
50
50
axar.az

10Mənbələr