EN

Zelenski bu xanıma baş naziri postunu təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

"Volodimir Zelenski Yuliya Sviridenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi və onun işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif edib", - nəşrlər bildirir.

Xatırladaq ki, Yuliya Sviridenko Baş nazirin birinci müavini və iqtisadiyyat naziridir. O, ABŞ ilə danışıqlar aparıb. ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası saziş imzalayıb. Bu fond yeni faydalı qazıntı hasilatı lisenziyalarından əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək, Ukrayna və ABŞ tərəfindən bərabər şərtlərlə idarə olunacaq.

Chosen
22
3
axar.az

10Sources