EN

"2,5 ildən sonra “Qarabağ”la vidalaşmaq zamanıdır”

"Qarabağ"dan ayrılaraq “SSPA Şabab Riadi Beluizdad”a (Əlcəzair) keçən Redon Cica Ağdam təmsilçisi ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. Cica yazıb:

"2,5 ildən sonra vidalaşmaq zamanıdır. Paltardəyişmə otağını bölüşdüyüm, dostluq münasibətləri qurduğum heyətə, futbolçulara təşəkkür edirəm. Həm oynayanda, həm də oynamayanda - mənə hər zaman dəstək olan azarkeşlərə də minnətdaram.

Sizə uğurlar arzulayıram. Bu klubun bir parçası olmaq çox xoş idi. Təşəkkürlər, "Qarabağ"!".

2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol vurub və 5 qolun ötürməsini verib.

Chosen
39
5
sportinfo.az

6Sources