"Football-plus.az" xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. Cica yazıb:
"2,5 ildən sonra vidalaşmaq zamanıdı. Paltardəyişmə otağını bölüşdüyüm, dostluq münasibətləri qurduğum heyətə, futbolçulara təşəkkür edirəm. Həm oynayanda, həm də oynamayanda - mənə hər zaman dəstək olan azarkeşlərə də minnətdaram. Sizə uğurlar arzulayıram. Bu klubun bir parçası olmaq çox xoş idi. Təşəkkürlər, "Qarabağ"!".
Qeyd edək ki, 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol vurub və 5 qolun ötürməsini verib.