AZ

Redon Cica “Qarabağ”la belə vidalaşdı

“Qarabağ”dan ayrılaraq Əlcəzairin “Şabab Riadi Beluizdad” klubuna keçmiş Redon Cica Ağdam təmsilçisi ilə vidalaşıb.

Arena.az xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu bu barədə özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Cica vida paylaşımında bunları yazıb:

“2,5 ildən sonra vidalaşmaq zamanıdır. Paltardəyişmə otağını bölüşdüyüm, dostluq münasibətləri qurduğum heyətə, futbolçulara təşəkkür edirəm. Həm oynayanda, həm də oynamayanda – mənə hər zaman dəstək olan azarkeşlərə də minnətdaram. Sizə uğurlar arzulayıram. Bu klubun bir parçası olmaq çox xoş idi. Təşəkkürlər, “Qarabağ”!

Xatırladaq ki, bir neçə gün öncə “Qarabağ”dan ayrılmış Redon Cica Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubu ilə 2 illik müqaviləyə imza atıb.

Cica 2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinirdi. Albaniyalı forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

Seçilən
14
5
arena.az

6Mənbələr