EN

İspaniyada 5.5 bal gücündə ZƏLZƏLƏ

İspaniya sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Milli Coğrafiya İnstitutunun məlumatları sübut edir.

Blidirilib ki, yeraltı təkanların episentri Aralıq dənizində krallığın cənub-şərqində yerləşən Palos burnunda, zəlzələ ocağı isə təxminən 2 km dərinlikdə yerləşib.

KİV-lərin məlumatına görə, təkanlar Mursiya və Andalusiya muxtar icmalarının müxtəlif yaşayış məntəqələrində hiss edilib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Chosen
20
6
modern.az

10Sources