AZ

Bu ölkədə 5.5 bal gücündə ZƏLZƏLƏ OLDU

İspaniya sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. 

News365.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Milli Coğrafiya İnstitutunun məlumatları sübut edir. 

Blidirilib ki, yeraltı təkanların episentri Aralıq dənizində krallığın cənub-şərqində yerləşən Palos burnunda, zəlzələ ocağı isə təxminən 2 km dərinlikdə yerləşib. 

KİV-lərin məlumatına görə, təkanlar Mursiya və Andalusiya muxtar icmalarının müxtəlif yaşayış məntəqələrində hiss edilib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Seçilən
6
6
news365.az

10Mənbələr