AZ

Avropada güclü zəlzələ baş verdi

İspaniya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın Milli Coğrafiya İnstitutu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Aralıq dənizində, krallığın cənub-şərqindəki Palos burnu ərazisində olub. Zəlzələnin mənbəyi təxminən 2 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Mursiya və Əndəlus muxtar icmalarının müxtəlif məntəqələrində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Seçilən
4
3
news24.az

10Mənbələr