EN

"Barselona" onunla müqavilə imzalayıb

İspaniyanın "Barselona" klubu gənc futbolçu Runi Bardacını heyətinə qatıb.

90deqiqe.Az  xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı sağ cinah vingerinin transferi üçün Danimarkanın "Kopenhagen" klubuna 2 milyon avro təzminat ödəyəcək. Bardacı ilə 4 illik müqavilə imzalanıb. Transferin yaxın günlərdə rəsmi şəkildə elan ediləcəyi gözlənilir.

Əslən Küveytdən olan Bardacı 7 yaşında ailəsi ilə birlikdə İsveçə köçüb və futbol karyerasına məhz bu ölkədə başlayıb. O, "Kallinge", "Rödeby" və "Malmö" kimi klubların akademiyalarında çıxış etdikdən sonra Danimarka çempionatına transfer olunub. Gənc futbolçu ötən mövsüm zədə səbəbilə bir neçə ay yaşıl meydanlardan uzaq qalsa da, ümumilikdə 6 oyunda forma geyinib.

Chosen
31
47
90deqiqe.az

10Sources