EN

"Qəbələ" yeni legionerlə gücləndi - RƏSMİ

Birillik fasilədən sonra Premyer Liqaya qayıdan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Lua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Lua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoa və Paulo Kimbilanı heyətinə qatıb

Chosen
1
24
fanat.az

10Sources