Bakı. Trend:
2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davametdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Trend xəbər verir ki. bubarədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua“qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə1 illik müqavilə imzalanıb.
Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bunadəkASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka),“Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) formageyinib.