2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Rekord.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.
Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoa və Paulo Kimbilanı heyətinə qatıb