2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.
Day.Az xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Onun son klubu Fransa təmsilçisi "Kan" olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), "Lill" (Fransa), "Veyle" (Danimarka), "Karvina", "Viktoriya" (hər ikisi Çexiya) və "Lex"də (Polşa) forma geyinib.