EN

Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az APA-ya iatinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü M. Yusufzadə budunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 14 yaşlı yeniyetməni dostu bıçaqlayıb. Hadisənin zarafat üstündə baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Chosen
1
20
metbuat.az

10Sources