AZ

14 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Axar.az APA-ya xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü M.Yusufzadə budunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 14 yaşlı yeniyetməni dostu bıçaqlayıb. Hadisənin zarafat üstündə baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Seçilən
0
20
axar.az

10Mənbələr