Gəncədə bıçaqlanma hadisəsi baş verib.
News24.az APA-ya xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü M.Yusufzadə budunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 14 yaşlı yeniyetməni dostu bıçaqlayıb. Hadisənin zarafat üstündə baş verdiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.