Gəncədə bıçaqlanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.
Gəncə şəhərində məktəbli oğlan bıçaqlanıb...
Bu gün saat 13:00 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ona budun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
Gəncə şəhərində məktəbli oğlan bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü M.Yusufzadə küçədə bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub.
İlkin araşdırmalarla M.Yusufzadənin həmyaşıdı tərəfindən bıçaqlandığı bildirilir.
M.Yusufzadə orta məktəbin 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info