ain.az bildirir, Oxu.az portalına istinadən.
Bakıda 25 yaşlı gənc oğlan qadına hədə-qorxu gələrək 20 min manat alıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışının ona hədə-qorxu gəldiyini bildirib. Qadın bildirib ki, tanış olduğu oğlana bir müddət əvvəl 20 min manat verib. O, pulunu geri istəyən zaman həmin şəxs ona barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.