Bakıda qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb. Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışının ona hədə-qorxu gəldiyini bildirib. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, tanışına verdiyi 20 min manat pulunu geri istəyib, bu zaman həmin şəxs ona barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.