AZ

Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi

Bakıda qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışının ona hədə-qorxu gəldiyini bildirib. 

Onun sözlərinə görə, tanışına verdiyi 20 min manat pulunu geri istəyib, bu zaman həmin şəxs ona barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib. 
 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr