AZ

Bakıda tanış olduğu qadını şantaj edən gənc saxlanıldı

Bakıda 25 yaşlı gənc oğlan qadına hədə-qorxu gələrək 20 min manat alıb.

Tribunainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışının ona hədə-qorxu gəldiyini bildirib. Qadın bildirib ki, tanış olduğu oğlana bir müddət əvvəl 20 min manat verib. O, pulunu geri istəyən zaman həmin şəxs ona barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
11
tribunainfo.az

10Mənbələr