Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19 303,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% azalıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 17 708,1 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 2,7% azdır.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
Fəaliyyət növlərinin adı | 2025-ci ilin yanvar- iyun aylarınd istehsal edilmişdir, milyon manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
Mədənçıxarma sənayesi | 19303,5 | 97,2 |
Xam neft və təbii qaz hasilatı | 17708,1 | 97,3 |
Metal filizlərinin hasilatı | 295,7 | 171,9 |
Mədənçıxarma sənayesinin digər sahələri | 95,3 | 116,6 |
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi | 1204,4 | 85,2 |
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 13,7 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 19,3 mlrd. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3% azalıb, əmtəəlik qaz hasilatı isə 1,1% artıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
Məhsul növləri | 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton | 13692 | 94,7 | 236,7 |
ondan əmtəəlik | 13660 | 94,7 | 236,7 |
Təbii qaz, milyon kub metr | 24988,9 | 99,6 | - |