AZ

5 ayda dəyəri 10 milyon dollara yaxın pambıq ipliyi ixrac edilib

Bu ilin yanvar-may aylarında ölkədən 9,89 milyon ABŞ dolları dəyərində 4 min tondan çox pambıq ipliyi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 14,5 faiz, həcm olaraq 23,5 faiz çoxdur.

Hesabat dövründə bu məhsulun ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,7 faizə bərabər olub.

Seçilən
6
8
vergiler.az

10Mənbələr