AZ

5 ayda 78,8 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-may aylarında ölkədən 78,8 milyon ABŞ dolları dəyərində 269,4 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində təqribən 2 dəfə və ya 38,7 milyon dollar, həcm baxımından isə 27,2 faiz və ya 57,7 min ton çoxdur.

Cari ilin ilk 5 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,72 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,61 faizə bərabər olub.

Seçilən
66
8
vergiler.az

10Mənbələr