EN

Qadın verdiyi 20 min borcu istədi: Şantaj edildi

Bakıda qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışının ona hədə-qorxu gəldiyini bildirib. 

Onun sözlərinə görə, tanışına verdiyi 20 min manat pulunu geri istəyib, bu zaman həmin şəxs ona barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib. 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
5
11
cebheinfo.az

10Sources