EN

Orban: Ukraynanın Aİ-yə üzvlüyü müharibəyə yol aça bilər – ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Ukraynanın Avropa İttifaqına qəbul edilməsi həm onun hazır olmaması, həm də Rusiya ilə birbaşa münaqişə riski səbəbilə qəbuledilməzdir. 

Olaylar.az xəbər verir ki, o, bu fikirləri Kossuth radiosuna müsahibəsində bildirib.

"Hazırda müasir Ukrayna iqtisadiyyatının formalaşmasına və münaqişənin sona çatdırılmasına dair heç bir əlamət görmürük. Təsəvvür edin ki, Ukrayna bu gün Aİ-yə daxil olur - bu, ittifaqın avtomatik olaraq Rusiya ilə müharibəyə cəlb olunması demək olardı", - deyə Orban vurğulayıb.

O əlavə edib ki, Aİ liderlərinin Ukraynanın korrupsiyanı aradan qaldırdığı, hüquq üstünlüyünü təmin etdiyi və iqtisadi cəhətdən sabit olduğu barədə fikirləri reallıqdan uzaqdır. "Ukraynanın Aİ-yə tam hazır olduğunu iddia edənlər faktları görməzdən gəlirlər", - deyə o bildirib.

Orban hökuməti Ukraynanın sürətli şəkildə Aİ-yə qəbuluna ardıcıl şəkildə qarşı çıxır. İyun ayında Brüsseldə keçirilən Aİ sammitində Macarıstan Ukraynaya dəstək bəyanatını bloklamışdı. Eyni gün Macarıstanda keçirilən sorğuda iştirak edən 2 milyondan çox vətəndaşın 95%-i Ukraynanın Aİ-yə tez bir zamanda qəbuluna qarşı çıxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
27
olaylar.az

10Sources