EN

“Qarabağ” Redon Cica ilə yollarını ayırıb

“Qarabağ” komandası futbolçusu Redon Cica ilə yollarını ayırıb.

Bakues.az-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Məlumata əsasən, oyunçu “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub. 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

Məqalədə:

Chosen
12
27
icma.az

10Sources