EN

İsveç Azərbaycan iqtisadiyyatına investisiyaları 74 dəfə artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə İsveçdən Azərbaycan iqtisadiyyatına cəlbolunmuş birbaşa xarici investisiyalarının həcmi 18,682 milyon ABŞdolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 18,431 milyon ABŞ dolları və ya 74,4 dəfə artıb.2024-cü ilin ilk rübündə İsveçdən Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 251 min ABŞ dollarına bərabər olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində İsveçdən yatırılan investisiyalarınpayı 1,2% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Chosen
2
11
az.trend.az

10Sources