Bakı. Trend:
Bu ilin birinci rübündə Amerika Birləşmiş Ştatlarının (ABŞ)Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xariciinvestisiyalarının həcmi 42,268 milyon ABŞ dolları təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 10,043 milyon ABŞ dolları və ya 31,2% artıb. 2024-cüilin ilk rübündə ABŞ-dan Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 32,225 milyon ABŞ dollarına bərabərolub.
Hesabat dövründə Azərbaycandan ABŞ-ın iqtisadiyyatına 14,727milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da, illikmüqayisədə 7,466 milyon ABŞ dolları, yaxud da 2 dəfə çoxdur. Ötənilin birinci rübündə bu məbləğ 7,261 milyon ABŞ dolları olub.
Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində ABŞ-dan yatırılan investisiyalarınpayı 2,8% təşkil edib. Xaricə yatırılan investisiyaların payındaisə bu ölkə 4,7%-lik yer tutub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.